Biz kimsiz, kimsəsiz ölsək - Qalib Şəfahət

Biz kimsiz, kimsəsiz ölsək - Qalib Şəfahət
10 fevral 2024
# 14:00

Kulis.az Qalib Şəfahətin "Öləcək" şeirini təqdim edir.

Mən ölməzdim, inan mənə,
Biganəlik öldürəcək.
Axırda dostu, düşməni,
Üstümüzə güldürəcək.

Üstümdə əsirəm hərdən,
Özümdən küsürəm hərdən,
Sözümü kəsirəm hərdən,
“Filankəslər” nə deyəcək?

Biz kimsiz, kimsəsiz ölsək,
Üstümüzə kim gələcək?
Bu dərd məni öldürəcək,
Ya bu dərd məndə öləcək.

# 1884 dəfə oxunub

Müəllifin son yazıları

# # #