Bəxtim gülmüşdü mənə... - Günün şeiri

Bəxtim gülmüşdü mənə... - Günün şeiri
9 fevral 2026
# 13:30

Bu gün tanınmış rus şair, tərcüməçi və ədəbi tənqidçi Vasili Jukovskinin doğum günüdür.

Kulis.az onun "Nəğmə" şeirini Hamlet İsaxanlının tərcüməsində təqdim edir.

Gündoğana, gündoğana

Can atır yer kürəsi.

Gündoğana, gündoğana

Uçur könül nəğməsi.

Çox uzaqda, gündoğanda,

Göy meşədən o yanda,

Göy dağların arxasında

Bir gözəl ömür sürür.

Ayrılıq baş verdi yəqin;

Düşünürəm o gözəl,

Möcüzəli keçmişlərin

Qəşəng əfsanəsidir.

O sanki əski günlərdən

Qonaq gəlmişdi mənə.

Bir nəşəli yuxu idi,

Bəxtim gülmüşdü mənə.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər