“...barmağını kəs, bilməz!” - Günün şeiri

“...barmağını kəs, bilməz!” - Günün şeiri
10 iyun 2024
# 17:00

Bu gün Xalq şairi Süleyman Rüstəmin anım günüdür.

Kulis.az onun "Bilməz" şeirini təqdim edir.

Sevginin qədrini bu əsrdə hər kəs bilməz,
Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.

Kim ki, qəlbiylə sənə bağlı deyilsə, könül,
Gecə-gündüz başı üstündə onun əs, bilməz.

Eşqi əyləncə bilən nazlı gözəllər var ki,
“Sevirəm” söylə, aləmə sal səs, bilməz.

Deyirəm, sevgili cananıma bu can qurban,
Canı qurban deməyən eşqi müqəddəs bilməz.

Rüstəmin ondakı canan görünür gözlərinə,
İmtahançın sən onun barmağını kəs, bilməz!

# 854 dəfə oxunub

Müəllifin son yazıları

# # #