Ana dilim ölən deyil – Günün Şeiri

Ana dilim ölən deyil – Günün Şeiri
1 avqust 2023
# 13:24

Kulis.az 1 avqust - Azərbaycan Dili və Əlifbası Günü münasibəti ilə şair Vaqif Kəhrizlinin “Ana dilim ölən deyil” şeirini təqdim edir.

Aylar ötür, il dəyişir,
Gedən geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa, bircə daşım,
Milyon illər sönən deyil.

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da, dilim dilim
Başqa dilə çönən deyil

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil

# 35108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #