Uğura gedən yol - Ramin Abbasquliyev

Ramin Abbasquliyev

Ramin Abbasquliyev

8 dekabr 2021
# 19:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Ramin Abbasquliyevin “Uğura gedən yol” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Salam, mənim adım Leyladır, sizlərə öz hekayəmi danışacağam. Hal-hazırda bir Dövlət kilinikasında baş həkim olaraq işləyirəm. Həyatın necə enişli-yoxuşlu yollarla bu yerlərə gəldiyimi danışacağam. Bəzən göz açdığımız bu dünyada bir çox çətinliklərlə qarşılaşırıq, yetər ki o çətinliklərlə başa çıxa bilək gəlin sizə öz uşaqlıq illərimdən danışım, ucqar bir yerdə qalırdıq, sakit biri idim, ailədə 5 nəfər idik. Evin ən böyük uşağı mən idim. Atam fəhlə, anam isə xadiməlik edərək bizi birtəhər dolandırardı, ona görə üzüm gəlməzdir ki, deyəm məni hazırlıqlara qoy evdə çox vaxt bacım-qardaşıma nəzarəti mən edərdim.

Bacım Sevinc məndən fərqli olaraq o televizora baxmağı çox sevər, qardaşım isə bəzən kitab üzü açardı. 9-cu sinfə getdiyim vaxtlardı, hər kəs kursa hazırlıqlara gedərkən mən özüm hazırlaşırdım, ta o vaxtlardan həkim olmaq istəyirdim. Nə qədər özümə inansam, heç kəs inamırdım. Sən məşğələyə getmirsən, nə yazacaqsan ki? - deyərdilər.

Bir gün məktəb həyətində oturmuşdum. Fəridə müəllimə mənə yaxınlaşaraq dedi, səninlə bir şey haqqında danışa bilərik, qızım. Dedim, buyurun, müəllimə.

- Dərslərin yaxşıdır və hazırlığa getmirsən. Mən istəyirəm, bu yolda sənə kömək olaram.

Fəridə müəllimə və bir digər müəllimələr məni təmənnasız hazırlaşdırdı. Zaman hər gün keçir və mən çalışırdım. Ailəmin vəziyyəti mənə dərs olmuşdu deyərdim. Özümə “Leyla, oxu, oxumasan sən də, övladın da çətinlik çəkər” və iki il keçdi imtahan günü gəldi, axırı verdim zalı tərk etdim, 20 gün sonra ballar açıqlandığını dedi. Fəridə müəllimim 690 bal toplamışdı.

Sevincimdən ağlayaraq evdəkiləri müəllimələrimi qucaqladım. Və o gün gəldi buranı tərk edib TİBB oxumaq üçün Bakıya şəhərə gəlirdim. Çox şükür deyərək yola çıxdım və çalışıb Baş həkim oldum. Bacım, qardaşım mənə baxaraq onlarda oxudular və valideynlərim, anam çox sevindi o gün. İndi isə həkiməm, öz arzusunda olduğum peşənin mükəmməliyəm. Siz də yetər ki istəyin, sizdə də ALINACAQ....

# 2172 dəfə oxunub

Müəllifin son yazıları

# # #