Portret - İlqar Abasov

İlqar Abasov

İlqar Abasov

7 dekabr 2021
# 15:55

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən İlqar Abasovun “Portret” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Mən ortaboylu 7 yaşlı qıyıqgözlü, qırmızı yanaqlı, uzun saçlı bir qızam. Adım Zəhradır. Valideynlərim bir il əvvəl avtomobil qəzası nəticəsində vəfat ediblər. Qardaşım ilə birlikdə evimizdə yaşayırıq. Onun adı Turaldır və 18 yaşı var. Turalın Qabil adlı dostu var və onun 36 yaşı var.

Bir gün Qabil bazar ertəsi bizə gəlib Turala portret verdi. Turalda portreti öz otağına apardı. Çərşənbə günü saat 12 radələrində evə polis gəlib Turalı qandalladı, məni və rəsmi götürüb bizi maşına mindirdilər. Bölmədə öyrəndim ki, polislərdən bu portret bahalı və tarixidir. İki gün əvvəl muzeydən oğurlanıb. Mən onlara dedim ki, bu portreti Qabil adlı oğlan verib qardaşıma ,amma onlar əlimdə heç bir fakt olmadığına görə mənə inanmadılar. Məni sərbəst buraxdılar və vaxt itirmədən piyada Qabilin evinə getdim. Onun evini tanıyırdım, çünki qardaşımla bir neçə dəfə bura gəlmişdim. Qabilin adamları var idi. Evin qabağında Qabil adamları ilə söhbət edirdi, mən cibimi açıb qardaşımın telefonunu götürdüm və onların səslərini telefona yazdım. Əlim dəmirə dəydi. Qabil geri döndü və adamlarına dedi:

- Gedin o balaca qızı tutun. O bizim üçün problem ola bilər.

Mən qaçmağa başladım. Birdən Qabilin adamı mənim saçımdan tutması ilə ayağım daşa ilişib yerə yıxıldım. O məni tutdu. Dirsəyim ilə onun qarnına vurub əlindən qaçdım. Fikirləşdim ki, onlar məni maşınla axtaracaqlar. Elə bu vaxt gözüm nə isə axtarırdı. Birdən gözüm yolun kənarında olan mismarlara və yapışqana sataşdı. Mən mismara yapışqan vurub yolun üstünə yapışdırdım və oradan kənarlaşdım. Kənarlaşandan sonra yoldan Qabilin iki maşını keçdi. Maşınların təkəri mismarın üzərindən keçdiyinə görə onlar boşaldılar. Mən isə yola çıxıb maşın axtarırdım. Qabağıma bir maşın çıxdı. Maşını dayandırıb sürücüyə dedim:

- Olar məni qabağda düşərdəsiniz?

Sürücü isə dedi:

- Əlbəttə, balaca.

Mən artıq ordan tam uzaqlaşdım və polis bölməsinə gəlib səs yazısını polisə verdim. Səs yazısında mənim valideynlərimin ölmədiyi və onları Qabilin gizlətdiyi də aşkar olundu. Eləcə də Qabil və adamlarının başqa cinayətləri açılıb onlara ömürlük həbs cəzası verildi və polislər valideynlərimi üçün əməliyyata girərək onları qurtardılar. Qardaşımı da azad etdilər. Əgər mən qardaşımı xilas etməsəydim ona 20 il cəza veriləcəkdir, çünki Qabil elə plan qurmuşdu ki, Tural günahkar olaraq qalacaq idi. Bu da onun gənclik illərinin əlindən alınması idi. Ailəmlə birgə evə döndük və çox xoşbəxtəm ki, onlar mənə afərin dedilər. Bir də deyim ki, Qabilin valideynlərimi gizlətmə səbəbi isə atamın atasının, yəni babamın var-dövlətinə sahib çıxmaq niyyəti imiş. Araşdırmalar nəticəsində, Qabilin əmim olması ortaya çıxdı. Eləcə də atam babamın tək varisi idi. Ona görə də atamı və anamı gizlədib sonra Turalı həbsə saldırmaqla və məni də öldürməklə bütün var-dövləti mənimsəmək istəyirdi. Amma buna nail ola bilmədi.

# 2089 dəfə oxunub

Müəllifin son yazıları

# # #