“Mənə Şəhrizadın nağılın danış” adlı kitab çap olunub

“Mənə Şəhrizadın nağılın danış”  adlı kitab çap olunub
7 aprel 2025
# 12:32

Kulis.az xəbər verir ki, Pünhan Şükürün “Mənə Şəhrizadın nağılın danış” adlı kitabı çap olunub.

Nəsrdə və poeziyada da qələmini uğurla sınamış jurnalist Pünhan Şükürün ( “Mənə Şəhrizadın nağılın danış” adlı kitabı “Şərq – Qərb” nəşriyyatında işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda müəllifin müxtəlif janrlarda qələmə aldığı, ayrı-ayrı illərdə dövri mətbuatda dərc olunmuş, ənənəvi mediada və sosial şəbəkə platformalarında paylaşılmış ədəbiyyat nümunələrindən seçmələr təqdim olunub.

Qeyd edək ki, onun “Kəlamlar” adlı ilk kitabı 2010-cu ildə azərbaycan dilində, 2011-ci ildə Giya Paçxataşvilinin tərcüməsində rus dilində çap olunub.

# 458 dəfə oxunub

Müəllifin son yazıları

# # #