İlin hekayəsi - Zeynəb Məmmədzadə

İlin hekayəsi - Zeynəb Məmmədzadə
12 dekabr 2021
# 19:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Zeynəb Məmmədzadənin “İlin hekayəsi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Avqustun 30-u idi. Mən xalamgildə idim. Biz xalamla aşağı düşüb gəzməyə getdik. Və gördüm ki anam xalama zəng edib deyir:

- Mən sabah əməliyyata girirəm, Zeynəb sizdə qalsın.

Mən bu xəbəri eşidəndə üzüldüm ki, anam əməliyyata girir, amma bir tərəfdən də sevindim ki anamın ayağı daha ağramayacaq. Əslində mən bilirdim anam haçansa ayağını əməliyyat edəcək amma belə bir tez müddətdə bilmirdim. Bu xəbəri eşidəndə mən ağladım. Məndən asılı deyildi. Çünki mənim anama sevgim sonsuzdur. Xalam mənə nə qədər təsəlli verirdi. Axşam həyəcandan yata bilmirdim. Səhər açıldı və mən xalam ilə taksiyə minib xəstəxanaya yollandıq. Biz çatanda gördüm ki bizim qohumlarımızın çoxu gelib. Mən çatanda onlar artıq anamı görüb və xəstəxananın həyətinə keçmişlər. Mən pis oldum ki anamı görə bilmədim. Amma mənim hər an yanımda olan qayğıkeş atam mənim pis olduğumu görüb və məni yanına çağırdı. Mən ona hər şeyi izah etdikdən sonra o məni xəstəxananın içərisinə saldı, mən anamın palatasına girəndə gördüm ki anam yoxdu və tibb bacısı dedi ki, xəstəni artıq əməliyyata aparıblar. Həmin an mən çox pis oldum ki anamı görə bilmədim.

Biz xalamnan taksiyə minib evə qayıdırdıq amma anam heç bir zaman ağlımdan çıxmırdı. Gecə oldu atam mənə dedi ki, anamı reanimasiyaya yerləşdiriblər. O gecə heç yatmadım. Sadəcə və sadəcə anamı düşünüb ağlayırdım.

Bir neçə gün keçdi, dedilər ki, anam artıq palataya yerləşdirilib. Mən bu xəbərə çox sevindim. Hardasa mən 1 aya yaxın xalamgildə qaldım. Evə qayıdanda ilk anamın üstünə qaçdım və onu sıxıca qucaqlaşdım. O an çox rahatladım. Hal-hazırda noyabrın 22-si idi. Mənim anamın siniri tutulub deyə sərbəst yeriyə bilmir. Çəlik vasitəsi ilə hərəkət edir. Həkim isə deyir ki, bu bəzi xəstələrdə baş verir. Amma uzağı 1 aya açılar. Siz mənim yazdığım hekayəni dekabr ayının sonlarında oxuyacaqsınız. Amma mən inanıram ki siz bu hekayəni oxuduğunuz zaman mənim anamın ayağı artıq açılacaq...

# 2043 dəfə oxunub

Müəllifin son yazıları

# # #