"Həqiqətin nə qədərinə dözə bilərəm?" - İrvin Yalomdan sitatlar

"Həqiqətin nə qədərinə dözə bilərəm?" - İrvin Yalomdan sitatlar
13 iyun 2026
# 14:00

Bu gün məşhur amerikalı psixiatr, yazıçı İrvin Yalomun doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Mən gördüyüm şeyəm; başqalarının məndə gördüyü yox, özümün gördüyüm şeyəm.

***
Özümü çox uzaq hiss edirəm. Bəlkə də buna görə sözlərlə sizə çox yaxınlaşa bilmirəm. Çünki sözlərimlə özümə də çox yaxınlaşa bilmirəm.

***

Artıq daha çox sükut var və qəzəblə əhatələnmiş çox az göz yaşı... Ağrı, mən səni öyrəndim və artıq sənə daha çox dəyərli vaxtımı xərcləməyəcəyəm.

***

Ağlamaq bir yerə aparıb çıxarmasa da, hər halda bir iş görməkdir və bildiyiniz kimi, mən ağlamağa meylliyəm.

***

Aldığımız hər nəfəs bizi dalbadal təsiri altında olduğumuz ölümə doğru çəkir…

***
Nəticə etibarilə zəfər ölümün olacaq, çünki doğuşla birlikdə ölüm artıq bizim taleyimizə çevrilib və o, ovunu udmazdan əvvəl onunla yalnız qısa bir müddət oynayır.
Bununla belə, biz həyatımıza mümkün qədər uzun müddət böyük bir maraq və qayğı ilə davam edirik; eynilə sonunda partlayacağından əmin olsaq da, mümkün qədər böyük və uzunömürlü bir sabun köpüyü üfürməyimiz kimi.

***

Sözlər yalnız qeyd götürməyə yarayır. Melodiyanı formalaşdıran ideyalardır. Həyatın bünövrəsini də ideyalar qurur.

***

Ortada tək bir həqiqət yoxdur, hər birimiz müəyyən bir dərəcəyə qədər öz reallığımızı inşa edirik.

***

Kifayət qədər yaşamadığını hiss edəndə ölümü düşünmək hər zaman çox daha iztirablı olur…

**

Elə bilirdim duet oxuyuruq, sən demə, solo ifa edirmişəm.

***

Hər dəfə hər kəsə hər şeyi vermək, özün üçün heç nəyin qalmaması deməkdir.

***

İnsanların bütün əməlləri özünə yönəlib, bütün xidmətləri özünə xidmətdir, bütün sevgisi özünü sevməsindəndir.

***

Əgər insanlara deyəcək yaxşı bir sözün yoxdursa, heç nə demə.

***

Araşdırma və elm şübhə ilə başlayır. Əsl sual budur: "Həqiqətin nə qədərinə dözə bilərəm?"

***

Ölümün son yaxşılığı bir daha ölümün olmamasıdır.

***

Həyatımın bir "niyə"si var, "necə"sinə də dözəcək gücə sahibəm.

***

İnsanın varlığındakı ağrını anlayıram, amma acı çəkməyin bizi həyatdan əl çəkəcək dərəcədə ağuşuna alan bir şey olduğunu düşünmürəm.

***

Düşüncələr hisslərimizin kölgəsidir.

***

Əgər bir kitab bizi götürüb digər kitabların fövqünə qaldırmırsa, o kitabın harası yaxşıdır?

***

Bəlkə də sevdiyiniz insanları düşünürsünüz. Amma daha dərinə enin, sonda sevdiyinizin onlar olmadığını görəcəksiniz.

Siz bu sevginin içinizdə yaratdığı duyğuları sevirsiniz. Siz arzunun özünü sevirsiniz, arzu olunan obyekti deyil.

***

Sümükləri, əti, bağırsaqları və qan damarlarını örtən dəri insan xarici görünüşünü necə dözülən edirsə, ruhun təlatümü və ehtirası da təkəbbürlə gizlədilmişdir; təkəbbür ruhu örtən dəridir.

# 377 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər