Bu gün görkəmli alman filosof, yazıçı və mistik Novalisin (Fridrix fon Hardenberq) doğum günüdür.
Kulis.az yazıçının aforizmlərini təqdim edir.
Anlayışın şeiri fəlsəfədir.
***
Bəzən ən uzun yol iki insan arasındakı məsafədir...
***
Bir həqiqətlə düzgün tanış olmaq üçün ilk növbədə onu inkar etməli və onunla mübahisə etməliyik.
***
Bizi sıxan tale ruhumuzun tənbəlliyindən başqa bir şey deyil.
***
Dünyada bircə məbəd var, o da insanın bədənidir. Bu yüksək formadan daha müqəddəs bir şey yoxdur. İnsanların qarşısında əyilmək bədəndəki bu vəhyə edilən hörmətdir. Əlimizi insan bədəninə qoyanda cənnətə toxunuruq.
***
Erkən evlən və uzun müddət sev.
***
Həqiqətən dindar insan üçün heç bir günah yoxdur.
***
Hər bir sevimli obyekt cənnətin mərkəz nöqtəsidir.
***
Xarakter mükəmməl formalaşmış iradədir.
***
İntellektual tərbiyənin ali məqsədi insana kamil bilik və öz daxili nəfsinə yiyələnməkdir.
***
Kişi lirik, qadın epik, evlilik dramatikdir.
***
Sevgi dünya tarixinin son məqsədidir; kainatın aminidir.
***
Uşaqların olduğu yerdə qızıl dövr var.
***
Uzaqdan hər şey şeirə çevrilir; uzaq dağlar, uzaq insanlar, uzaq hadisələr; hamısı romantik olur.