Çaqqal və it - Pərvanə Nizaməddin

Pərvanə Nizaməddin

Pərvanə Nizaməddin

8 dekabr 2021
# 18:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Pərvanə Nizaməddinin “Çaqqal və it” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Zülmət gecə, hava soyuq, hər yanda sükut və səssizlik hökm sürür. Az keçməmiş heyvan səsləri və ulaşması sükutu pozdu.

Çaqqallar kolların arasında ov etmək üçün yığışmışdılar. Kolluğa yaxın evdə çox sayda toyuq, cücə, qoyun, quzu görünürdü. Bir də görürdün çaqqallar gecənin bir vaxtında tövləyə hücum edir. Ev sahibinin göydə quş tutan iti vardı, bir iti vardı, gözündən heç nə yayınmazdı. İt kolluqda çaqqalların yığışdığını görmüşdü. Bir qədər sonra ac çaqqalların ulaşması başladı, səslərilə bir-birinə işarət verirdilər.

Ev sahibi toyuq damının qapısını bağlamağı unutmuşdu. Bunu görən həssas it dayanmadan hürməyə başladı. Sahibinə anlatmaq istəyirdi ki, qapını açıq qoymusan. Sahibi isə o tərəf, bu tərəfə baxdı. Gözünə heç nə görünmədi. İt isə dayanmadan hürüyürdü. Birdən it hürə-hürə toyuq damına tərəf qaçdı. Ev sahibi it qaçan tərəfə baxdı, fərqinə vardı ki, damın qapısı açıq qalıb. İt də buna görə-təhlükə olduğuna görə hürüyürmüş. Sahibkar itinin fədakarlığına görə onun başını sığalladı. İt isə quyruğunu yelləyərək, başını yuxarı qaldırıb üzünü sahibinin ayaqlarına sürtdü. Çünki bu gün çaqqalların ov planı vardı.

İt ayıq-sayıq tövlənin önündə gəzişirdi. Çaqqalar isə tövləyə tərəf gəlirdilər. Çaqqallar itə hücum çəkdilər. İtin üzünü, boynunu dişləri ilə didik-didik elədilər. Elə bu vaxtı ev sahibi əlindəki ağacla itin köməyinə çatdı. Çaqqallar tez qaçıb kolluğa, ordan da evin yanındakı dərəyə qaçdılar. İt çox yaralanmışdı. Sahibi iti evə apardı. Yaralarına dərman çəkdi. İtin gözlərindən yaş axdı. Sahibi də itə baxıb kövrəldi. Onu sığallayıb, qucaqlayaraq dedi:

- Mənim sədaqətli, qorxmaz itim!

Bu dünyada mərhəmət, sevgi, sədaqət itməsin!

# 2537 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #