"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları
21 sentyabr 2026
# 10:00

Bu gün tanınmış ingilis yazıçı Herbert Corc Vellsin doğum günüdür.

Kulis.az ədibin əsərlərindən sitatları təqdim edir.

Hamımızın öz zaman maşınları var, elə deyilmi? Keçmişə qaytaranlar xatirələrdir... İrəliyə aparanlar isə xəyallardır.

***

Qəzəb nimçədə təqdim olunan qısqanclıqdır.

***

Dünən yıxılmısansa, bu gün ayağa qalx.

***

Bizim əsl milliyyətimiz bəşəriyyətdir.

***

Təbiət heç vaxt vərdiş və instinktlərin yararsız hala gəldiyi anadək zəkaya müraciət etmir. Dəyişikliyə ehtiyac olmayan yerdə zəka da yoxdur.

***

Reklam qanuniləşdirilmiş yalandır.

***

Bəzən indiyə qədər olduğun insandan kənara çıxmalı və olmağa layiq olduğun insanı xatırlamalısan. Olmaq istədiyin insanı. Əsl olduğun insanı.

***

Əgər müharibəyə son qoymasaq, müharibə bizə son qoyacaq.

***

Dəyişiklikləri və çətinlikləri məmnuniyyətlə qarşılamalıyıq, çünki bizi böyüdən məhz onlardır. Onlar olmasa, zəifləyərik. Xarakterimizi möhkəmlətmək və zəkamızı artırmaq üçün daim özümüzə meydan oxumalıyıq.

***

Bu gecə kifayət qədər ağlabatan səslənir, amma sabaha qədər gözləyin. Səhərin sağlam düşüncəsini gözləyin.

***

Velosiped sürən hər hansı bir yetkin insan görəndə bəşəriyyətin gələcəyinə olan ümidimi itirmirəm.

***

Bu ulduzlara baxmaq birdən-birə mənim öz dərdi-sərlərimi və yer həyatının bütün ağırlıqlarını kiçildib yox etdi.

***

Səyahət zamanı yolunu azmaq təəssüf doğurur. Lakin səyahətin səbəbini itirmək daha qəddar bir taledir.

***

Kitabla bağlı çətinliyiniz varsa, gözlənilməzlik üsulunu sınayın: gözləmədiyi bir saatda ona hücum çəkin.

***

Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki insanı tapmaq, ya da o insanı tamamilə itirmək.

***

Heç kim on doqquzuncu əsrin son illərində inana bilməzdi ki, bu dünya insandan daha üstün, lakin onun özü kimi ölümlü olan dərrakələr tərəfindən diqqətlə və yaxından izlənilir; insanlar müxtəlif işləri ilə məşğul olarkən, onlar elə diqqətlə nəzərdən keçirilir və öyrənilirdi ki, sanki mikroskop tutmuş bir adam su damcısında vurnuxub çoxalan ötəri məxluqları təqib edirdi.

***

Bütün keçmişin yalnız başlanğıcın başlanğıcı olduğuna, indiyə qədər olan və olub-bitənlərin isə sübh qaranlığından başqa bir şey olmadığını düşünmək mümkündür. İnsan ağlının indiyə qədər əldə etdiyi hər şeyin oyanışdan əvvəlki yuxu olduğuna inanmaq olar.

***

İçində böyüməli olduğun həqiqətlər var.

***

Ağıl ilə gücün tükəndiyi zaman belə minnətdarlığın və qarşılıqlı nəvazişin insanların qəlbində yaşamağa davam etdiyinin şahidi olmaq üçün yanımda təskinliyim olan iki qəribə ağ çiçək — indi qırışmış, qəhvəyi, yastı və quru çiçəklər qalır.

***

Həqiqətən önəmli olan əlində olanlarla nə etdiyindir.

***

İntellektual çevikliyin dəyişiklik, təhlükə və problemə qarşı kompensasiya olması diqqətdən kənarda qoyduğumuz təbiət qanunudur. Mühiti ilə tam harmoniya içində olan heyvan mükəmməl mexanizmdir. Təbiət vərdiş və instinktlər yararsız hala gəlməyincə heç vaxt zəkaya müraciət etmir. Yalnız çoxlu müxtəlif ehtiyacları və təhlükələri olan heyvanlar zəkaya sahib olurlar.

***

Həyatın hər anının bir möcüzə və sirr olduğunu unutmaq üçün saata və təqvimə aldanmamalıyıq.

***

Ümid edirəm, yoxsa yaşaya bilməzdim.

***

Çox sadə idi izahatım və kifayət qədər ağlabatan — əksər yanlış nəzəriyyələr kimi!

***

Sivilizasiya təhsil ilə fəlakət arasında bir yarışdadır. Gəlin, həqiqəti öyrənək və imkanlarımız çatan qədər onu uzaqlara yayaq. Çünki həqiqət malik olduğumuz ən böyük silahdır.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər