Bəlkə də bu həqiqətdir - Hikmət Cəfərov

Hikmət Cəfərov

Hikmət Cəfərov

13 dekabr 2021
# 15:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Hikmət Cəfərovun “Bəlkə də bu həqiqətdir” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Oyunçular (əsas):

Miray (saçları düz, qara, bənövşəyi rəng. İng. dil müəlliməsi)

Ada (anası türk atası azərbaycanlı, atasının biznesini davam etdirən bir iş adamı)

Murad (Adanın ortağı, ailəvi və uşaqlıq dostu)

Qəmər xala (Mirayın anası)

Yusif (həkim)

Cahan (Mirayın iş yoldaşı)

Giriş

Anasının təkidi ilə rayona toya çağırılan Miray, işdən Cahanın köməyi ilə icazə aldıqdan sonra evinə gəlir. Son dəfə duş qəbul etdikdən sonra Youtubedən ən sevdiyi " Bella Ciao" parçasını açır və zümzümə edərək (rəqs edərək) makiyajını tamamlayır. Artıq o, hazırdır. Son dəfə evi ilə vidalaşdıqdan sonra qırmızı "Mini cooper" markalı avtomobilinə minərək rayon istiqamətində yol alır. Adrenalini çox sevən Miray radioda çalınan musiqinin (hər hansısa xit musiqi ola bilər) təsiri ilə sürət həddini aşır və idarə etdiyi maşın qəzaya uğrayır. Həkimlərin köməyi ilə Miray Bakıya gətirilir. Ağır keçən əməliyyatın nəticəsi olaraq Miray artıq cihaza bağlanır və komadan ayılması gözlənilir. Mirayın keçirdiyi qəzadan özünü günahkar bilən Qəmər xala Mirayın oyanacağına inanır və bütün büdcəsini Mirayın aparatdan ayrılmamağı üçün xəstəxanaya yatırır. Artıq 2 il keçir, hər kəs Mirayın yaşayacağından ümidini üzsə də Qəmər xala oyanacağına inanır, lakin, büdcəsi bitdiyi üçün və Mirayın aparatdan ayrılmaması üçün son ümid yolu olaraq Miraydan yadigar qalan evi kirayə vermək qərarına gəlir…

I Hissə

Atasının ölümündən sonra işləri təkbaşına idarə edə bilməyəcəyini anlayan Ada öz "Modellik və oyunçuluq" şirkətinə ailəvi dostları olan Muradı ortaq edir. Murad çox çalışqan və işini layiqincə görən biri olduğundan Ada onun fikirlərinə güvənir. Ada atasının qurduğu bu şirkəti daha da inkişaf etdirmək üçün Muraddan kömək istəyir. Murad isə ona Bakıya getməsini və oradakı modellik şirkətləri ilə iş birliyi görməsini deyir. Bu fikir ağıla batan olsa da Ada üçün ürküdücü idi. Çünki atası türk vətəndaşıyla ailə qurub Türkiyədə yaşadığı üçün heç bir qohumu onunla əlaqə saxlamır və bu hərəkətini səhv sanaraq onu qınayırdılar. Bu mövzu haqqında uzun-uzun düşünən Ada sonda Bakıya gedəcəyinə və nə olur olsun bu işi uğurla sona çatdıracağına qərar verir. Ertəsi gün biletini alır və online əmlak saytlarının birindən özünə uyğun bir ev tapıb kiralayır. Anası ilə vidalaşıb, Murada iş haqqında son təlimatları verən Ada təyyarəyə minib, Bakıya doğru yol alır…

II Hissə

Hava limanından çıxış edən Ada taksinin köməyi ilə kiraladığı evə gəlir. Uzun yol yorğunu olduğundan duş alıb dincəlmək qərarına gəlir. Youtube'dən motivasiya edici sözlərə qulaq asaraq duşa girir. Saçlarını yuyan zaman telefonun səsinin kəsildiyini hiss edir. Az sonra motivasiya edici sözlərin yerinə telefonda "Bella Ciao" mahnısının çaldığının fərqinə varır, mahnını dəyişir və az sonra yenə eyni hadisə baş verir. Əsəbləşərək duşdan çıxır, mahnının səsini kəsir və bu anda yataq otağından səslər eşitməyə başlayır. Bu səsdən bərk ürkən Ada sakitcə və eyni zamanda qorxaca otağa yaxınlaşır. Elə bu anda səs kəsilir. Otağın boş olduğunu görən Ada öz-özünə deyinməyə başlayır:

A - Bu işlər lap məni yorur eh.. ata, kaş burda yanımda olardın.

Tamda bu anda otaqdakı paltar şkafının içindən tıqqıltı gəlir.

A- Hə, hə, görünür, bu uçuş mənə yaxşı təsir eləməyib. Ha! Ha! Ha! Deyəsən əsəblərim pozulur. Ata, sənsənsə şkafdakı çıx bayıra sənə yaraşmır axı Kara Muratla yaşıdsan.

Şkafın qapısı 2 dəfə ard-arda taqqıldayır. Ada tok vurmuş kimi qorx-qorxa şkafa baxır və bütün cəsarətini toplayıb şkafa yaxınlaşır. Şkafın qapısını qəfildən açan Ada orada yarı çılpaq qızın oturduğunu görür və qorxaraq (diksinərək) qarşılıqlı qışqırmağa başlayırlar…

III Hissə

A - Gij....san sən?!!! Başın çatır sənin?!

M - Normal danış! Bu ola bilməz!

A - Evimin içindəki tanımadığım yarıçılpaq parabeyin qıza nə deməliyəm?! Sən kimsən vapşe mən axı fahişə zakaz verməmişəm...

M - Parabeyin sənsən axmaq! Fahişə də sənin ann… nəysə. De görüm sən necə məni görürsən???

A - Necə görəcəm liftçik tumanda!

M – Oafff, bu necə ola bilər axı?!

A - Yaxşı, yaxşı, qışqırma, bilmirəm, kim səni mənə göndərib, amma nə sevişməyə halım var nə də sən zövqümdəsən pulun nədisə de verim çıx get dincəlmək istəyirəm bir az da artıq verəcəm, massaj elə boynum tutulub.

M - Sən məni nə sanırsan, axmaq!!!

A - Seks işçisi...ha ha.

M - Siz elə hamınız eyni zibilsiz!!!

A – Dayan e beynim qarışdı, əgər sən qəh… oy, üzr istəyirəm, seks işçisi deyilsənsə, de görüm, sən kimsən və mənim evimdə nə gəzirsən?

M - Nər fərqi var ki?

A - Ay blə, sən öl bunun başı çatmır... deyirəm, osan deyir, yox, deyirəm, busan, deyir, normal danış, deyirəm, kimsən deyir, nə fərqi... poxa keçmişik də.

M - Yaxşı, bağışla, səni bir az qorxutmuş və əsəbləşdirmiş ola bilərəm, amma, məsələni bilsən inanıram ki, məni anlayacaqsan.

A- De, görüm nədi o məsələ elə.

M- Yaxşı, deyirəm, amma əvvəlcə onu bil ki bunu deyəcəyim dünyadakı tək insansan. Bəlkə də məni dəli sanacaqsan, ancaq, buna inanmağını istəyirəm…

Çünki bu həqiqətdir.

IV Hissə

M - (Giriş hissədə olan hər şeyi danışır) Mənə elə baxma 2 ildə danışdığım tək insansan. Bir tək sən görə bildin məni.

A - Bəs niyə bu evdəsən?

M - Necə yəni bura elə mənim evimdi də:)

A - Bütün günü burda olursan?

M - Yox əlbəttdəki evdə oturana oxşayıram heç?

A - Nə bilim vallah daha əvvəl evdə oturan ruh görməmişəm.

M - Ha! Ha! -_- ölməydən güldüm lap. Adın nədi sənin?

A – Ada

M - Ada?

A - Hə, nə varki?

M - Yox bir yarım ada, pxaxaxa.

A - Ruhlar həmişə belə zarafatcıl olur?

M - Yox əzizim sənə özəldi :) birdə bir söz deyim sənə.

A – Aha, buyur.

M - Sən Allah adıvı kim qoyub? Paxaxa.

A - Hamı dəliyə möhtac mən ağıllıya (mətbəxə keçir).

V Hissə

Ada mətbəxdə özünə yemək hazırlayır, Miray onun sağına soluna keçib susmaq bilmir.

M - Kömək lazımdı?

A - Sən əşyaların içindən keçmirsənki?

M - Deyəsən, Casper'ə çox baxmısan.

A - Hə, nə yalan deyim ona baxanda həmişə ruh olmaq istəyirdim, sənə baxanda fikrim dəyişdi, elə yaxşı ki ruh deyiləm.

M - (üzüldü) Çox sağ ol ümid edirəm, heç vaxt ruh olmarsan.

A - Yaxşı da, zarafat elədim. Heç adıvı demədin e.

M – Miray.

A - Mənası nədi?

M - Ulduz adıdı.

A - Mmm… maraqqlıdır.

M - Ada!

A - Buyur.

M - Burda çox qalacaqsan?

A - Bəlli olmaz, niyə ki?

M - Bilirsən... Mən də burda yaşayıram, istəmirəm mənə görə psixi problemlər yaşayasan.

A - Necə ki?

M - Məni bir tək sən görə bilirsən. Bu bilgini kiminləsə paylaşacaqsan çox güman ki. Onlar da, təbii olaraq sənə inanmayacaq və bu hal təkrarlandıqca məni beynivin, yəni təxəyyülüvün məhsulu sanacaq, bu isə məni narahat edəcək.

A - Narahat olma, buna sonra qərar verərik.

M - Yaxşı elə deyirsənsə…

A - Yemək hazırdı, yeyirsənsə 2 servis açım.

M - Sən otur qonaq sayılırsan, mən bugünlük sənə qulluq edərəm (servis açır və qarşılıqlı yemək yeyirlər).

VI Hissə

Yemək yedikdən sonra yol yorğunu olan Ada yatır və səhəri gözlənilməz sürprizlə açır. Miray mətbəxdə ona səhər yeməyi hazırlamış, səbrlə onun oyanmasını gözləyirdi. Ada oyanır və mətbəxə yaxınlaşır:

A - Bunları sən hazırlamısan?

M - Yox! Bir dənə ruh padruqam var, aşpaz olub o kömək edib.

A - Yenə nə gicləyirsən?

M - Sənin də sabahın xeyir:) Gəl çıx, acam, səni gözləyirdim.

Yeməyə başlayırlar...

A - Deyəsən müəllimə olduğunu demişdin.

M - Aha, İngilis dili (ağzı yeməklə doludur).

A - Uşaqlarla işləmək çətin deyildi?

M - Yox, əksinə böyüklərdən daha asan gəlirdi mənə.

A - Niyə?

M - Çünki boş vərəqi doldurmaq daha asan olur, nəyin ki, dolu vərəqə nəyisə sıxışdırmaq…

A - Mmm...məntiqlidir.

M - Bir az da sən özündən danış, nə iş görürsən? Kimsən?

A - (Ada haqqında yazdıqlarımı danışır)

M - Neçə yaşın var?

A - 27. Bəs sənin?

M - Bədənimin ya mənim?

A - Qorxutmağa çalışa məni:)

M - Yaxşı, 29 yaşındayam.

A - Evli idin?

M – Yox.

A - Sevgilin?

M - O da yoxdu, nolub xoşuna gəlirəm? Alacaqsan məni? Ha ha ha.

A - (gülür).

M - Nəyə gülürsən, de, məndə gülüm, klassik müəllim sözüdü ha.

A - Sən dedin gözümün önünə gəldi də, evlənirik, bəy-gəlin masasında tək otururam elə bil kiçik toyumdu.

M - Hə, elədi (gülümsəyir, amma üzüldüyünü Ada anlayır).

A - Hey, bəlkə başqası da görə biləcək səni bəyənəcək və evlənəcək.

M - Təsəlliyə bax da öz dediyinə özün inanırsan heç?

A - Niyə də yox?

M - Bu axmaqlıqdı.

A - Məncə, yox! Milyonlarca insan görmədiyi, amma hiss etdiyi bir varlığa, gücə inanır. Səncə, onlar axmaqdılar?

M - Bilmirəm!

A - Amma mən bilirəm, sadəcə düzgün baxmaq lazımdır.

M - Mübahisə etməyəcəm:) Bu günə planın nədir?

A - Bir-iki şirkətlə görüşüb gün almalıyam təqdimat üçün.

M - Gec bitər işin?

A - Yox yəqin ki.

M - Əla, səni gözləyəcəm evdə, Bakını gəzdirmək istəyirəm sənə. Yəqin sənə də maraqlıdır.

A - Ola bilər, pis fikir deyil.

M – Okay, Mister.

Ada hazırlaşır və evdən çıxır… yol boyu yaşadığı hadisələri xatırlayır və dayana bilməyib Murada zəng edib olan bitəni danışır. Murad isə ona inanmasa belə inanmış kimi göstərir ki, Ada inciməsin. Adaya bir az istirahət etməsini və işdən uzaqlaşmasını məsləhət görür. Ada iş görüşmələrində belə diqqətini toplaya bilmir. Mirayla söhbətlərini unuda bilmirdi. İşlərini tez bitirib evə gəlir və Mirayla Bakı turuna çıxırlar.

VII Hissə

Bakı turu əyləncəli başlasa da sona qədər belə davam etmədi. Ətrafdakı insanlar Mirayı görmədikləri üçün öz-özünə danışan Adaya dəli kimi baxırdılar. Miray bundan sıxılsa da Ada onları görməzdən gəlir Mirayın sıxılmaması üçün əlindən gələni edirdi.

A - Bəlkə kafeyə gedək?

M - Məncə, evə getsək daha yaxşı olar.

A - Miray, acam və israrlıyam.

M - Yaxşı gedək, amma, hesab mənlikdi) (qarşılıqlı gülürlər).

Kafeyə gedirlər, Ada ofisantdan 2 servis açmasını xahiş edir, sual verməsin deyə bəxşişi də unutmur. Yeməklər gəlir və yeməyə başlayırlar. Bir az sonra kafedə Noland ifasında - "Üzümə bax" mahnısı çalınır. Miray dayanıb dərin-dərin Adaya baxır.

A - Yeməyi bəyənmədinsə başqa şey sifariş verək.

M - Yox, Ada mahnı…

A - Nə olub mahnıya?

M - Bilirsən, mən qəzadan sonra hər gün bu mahnıyla xəyal qurur, daha sonra pol ağacıyla rəqs edirdim.

A - Mmm... qalx ayağa.

M - Niyə?

A - Rəqs edək, pol ağacından nəyim əksikdi?:)

M - Ada, sən dəlisən.

Rəqs edirlər və yenə hər kəs təəccüblü şəkildə Adaya baxır, hətta bəziləri telefonla çəkirdi.

M - Ada, məncə daha evə gedək, israr etmə.

A - Yaxşı, gedək

Evə gəldikdən sonra Miray televizora baxaraq yuxuya gedir, Ada da həmçinin bütün gecə Miraya baxaraq istəmsizcə yuxulayır.

VIII Hissə

Səhəri ağlamaq səsi ilə oyanan Ada Mirayın ağladığını və ağlayaraq evi dağıtdığını görür.

A - Miray, nolub?

M - Ada, ölmək istəmirəm! İstəmirəm!

Ada Mirayı sakitləşdirmək üçün qucaqlayır və divarın küncünə əyləşirlər.

A - Şşş... əzizim, deyəcəksən nə baş verir?

M - Ada, Yusif həkim məni tokdan ayırır, anamı da razı salıb. Mən ölmək istəmirəm! Ada, istəmirəm! (dayanmadan ağlayır).

Ada yerindən qalxır və cəld xəstəxanaya çatdırır özünü. Həkimə lazım olandan artıq pul verən Ada Mirayın ölməsinə mane olur. Evə gəldiyində Miray onu qucaqlayaraq qarşılayır və təşəkkür olaraq ona şam yeməyi hazırlayır. Birlikdə şam edib şərab içirlər. Ada Miraya onu çox istədiyini və o olduqca narahat olmamasını dedi. Yeməkdən sonra Miray Adaya sevdiyi kitabı oxuyur.

A - Bu kitab nədən bəhs edir?

M - Yaranışdan.

A - Pah, nə deyir sən canı? Bizi kim yaradıb?

M - Dediyinə görə, meymundan yaranmışıq.

A - Mən də səni ağıllı, məntiqli qız bilirdim.

M - Sən heç nəyi də bəyənmə ha, günahdı.

A - Banan soyum sənə?

M - Neynirəm bananı, heç yeridi?

A - Nə bilim vallah, meymunlar bananı xoşlayır deyə bilirəm (gülür).

M - Yox, Mister, meymunlar daha çox dalaşmağı sevirlər (gülərək Adanı yumruqlayır).

Ada Mirayı qucaqlayır və sərxoş olduqları üçün yuxuya gedirlər.

IX Hissə

Artıq 2 həftə keçir…

Ada artıq tamamən Miraya bağlanır. Onunla vaxtın, günlərin necə keçdiyini anlamır. Bu vəziyyət Muradı bərk narahat edir çünki Ada Bakıya nə üçün gəldiyini unutmuşdu. İş görüşmələrinə getmir, hər gününü son günüymüş kimi Miraya həsr edirdi. Miray isə 2 ilin yalnızlığının heyfini çıxırmış kimi hər gününü daha əyləncəli və şən keçirirdi.

M - Ada!

A - Aycan?

M - Çox sağ ol, əzizim.

A - Nəyə görə, Miray?

M - Yenə bu mövzunu açıram deyə əsəbləşmə, amma, həqiqətən mənə ölmədiyimi hiss etdirdin.

A - O zaman sən də çox sağ ol.

M - Nəyə görə Adam?

A - Kişi öləndən sonra sanki bir boşluqdaydım, bu boşluqdan çıxmağa iş həyatı kömək edər deyirdim, o da kömək etmədi. Çox sağ ol, çünki sən də mənə yaşadığımı hiss etdirdin.

M - Sənə də söz demək olmur e, o dəqiqə duyğusala bağla:) Dəyməz, əlbəttə ki mən həmişə yanındayam, yəni ən azından aparat işlədikcə…

A - İşləyər, işləyər. Miro, ruh kimi yaşamağa başladıqdan sonra ən çox etmək istəyib də edə bilmədiyin nəsə var?

M - Mmm... hə, deyəsən, var...

A - Nədir o elə? Niyə daha öncə deməmisən?

M - Deyə bilməzdim axı.

A - Adamı dəli eləmə də. Nə eləmək istəyirsən, de də!

M - Adamı, yoxsa Adanı? (gülür)

A - Miray, de!

M - Deyə bilmərəm, amma göstərə bilərəm…

Adanın qarşısında dayanır və Ylber Aliu - "My Dream" musiqisi ilə ehtiraslı rəqs edərək soyunur, qucağında əyləşir sevişirlər. (Bu səhnənin çəkilişi fərqli olacaq)

X Hissə

Səhəri Muradın zəngləri ilə açan Ada təkidlərdən sonra iş görüşməsinə gedir. İş görüşməsi uzun çəkir. Görüşmədən çıxan Ada Mirayı görmək üçün tələsir və taksi ilə evə yollanır. Həyəcanla qapını döyür, lakin qapı açılmır və içəridən ağlamaq səsi gəlir. Qorxudan əli-ayağına dolaşan Ada birtəhər qapını açır və gördüyü mənzərə qarşısında şok olur… Ev son dərəcə dağınıq, qablar qırıq halda idi. Ağlamaq səsləri isə hamamdan gəlirdi. Cəld hamama keçən Ada orada bir neçə ay təsirindən çıxmayacaq qədər acılı kadrla qarşılaşır. Jakkuzidə suyun altında ağlayan Miray o qədər isyan edirdi ki, Adanın orada olduğunun fərqində belə deyildi. Ada özünü toplayaraq Mirayı qaldırmaq istəyir, amma Miray heç cür qalxmaq istəmir…

M – Burax, Ada, mən gedirəm. Heç olmasa bu su ilə ruhumu təmizləyim.

A - Miray, dayan nə getmək bu dəqiqə mən nəsə edərəm.

M - (əlini tutur) Dayan, Ada, heç nə edə bilməyəcəksən, artıq gecdir. Heç olmasa qollarında gedim, bu son istəyimdir.

Çarəsiz Ada cakkuzidə, Mirayın yanında, suyun altında uzanır. Miray isə qıvrılaraq Adanın qolları arasında yox olur və son sözü "gördüyün hər ulduzda məni yadına sal Ada'm" (arxa fonda Mübariz Tağıyev - "Yada sal məni")

XI Hissə

Atasının vəfatından sonra Miray ilə həyata bağlanan Ada, Mirayı da itirdikdən sonra evə qapanır və heç kimlə görüşmür, telefonlara cavab vermirdi. Hadisədən 2 həftə sonra Adadan narahat qalan Murad Adanın kiraladığı evə gəlir, qapını çox vurur, lakin qapı açılmır. Adaya zəng edir çarəsizcə və içəridən telefonun zəngi eşidilir… Bərk qorxan Murad qapını qıraraq içəri girir. Ev dağınıq, içki butulkaları və siqaret qutularıyla dolu idi. Ada isə Mirayı ilk dəfə gördüyü paltar şkafına diqqətlə baxırdı. Adaya yaxınlaşan Murad ona toxunmaq istəyir, lakin Ada yavaş hərəkətlərlə üzünü ona tərəf çevirir, hər şeyə səbəb onun olduğunu deyir.

A - Əgər sənin lənətə gəlmiş iş görüşmən olmasaydı mən hər şeyi düzəldə bilərdim. Bütün şirkət sənin olsun, xətrinə dəymək istəmirəm Murad, get və məni rahat burax.

M - Ada…

A - Si...r get dedim…(butulkanı yetə vurub sındırır).

Murad Adanın halını başa düşür və evdən çıxır, amma çıxmazdan əvvəl açarlardan birini gizlincə götürür… Adanın halından çox narahat qalan Murad Adanın dediklərinin bəlkə də həqiqət olduğunu düşünür və evin yiyəsi, yəni Miray haqqında araşdırma etməyə başlayır. Hadisədən artıq 2 ay keçir…

XII Hissə

Murad Adanın evinə gəlir, qapını çox vurur, lakin yenə açan olmur. Açarını çıxarır və qapını açır. Adanı görəndə tanıya bilmir, ağlamaqdan gözləri şişmiş və çox arıqlamışdı. Murad heç nə demədən Adanın qolundan dartır onunla gəlməsini istəyirdi. Ada isə durmadan az qaldı Miray, az qaldı deyirdi. Murad çarəsizcə Adaya sillə vurur: "Gəl səni Mirayınla qovuşduracam" deyir. Maşına minirlər və xəstəxanaya gəlirlər. Palataya girirlər, Ada həyatının unuda bilməyəcəyi səhnəsini görür. Miray gözləri açıq şəkildə qapıdan içəri girən Adaya təəccüblə baxırdı. Miray artıq 2 ay idi ki yenidən bu həyata gözlərini açmışdı… Lakin 2 ildən artıq hərəkətsiz qalan Miray nə danışa, nə də hərəkət edə bilirdi. Ada onun yanından əl çəkmirdi. Yeməyini yedizdirir, saçlarını darayır, həyətdə araba ilə gəzdirirdi. Mirayın oyanmasından artıq 3 ay keçirdi. Ada hərgünki kimi bu gün də Miraya yemək yedizdirməyə başlayırdı. Miray isə yavaşca əlini qaldıraraq…

M - Dayanın! Artıq bir aydır ki hər gün gəlib qayğıma qalırsız. Axı siz kimsiz??!

A - (gözləri dolur, amma gülümsəyir və deyir) Yaxşı deyirəm, amma əvvəlcə onu bil ki, bunu sənə deyəcəyim tək insansan. Bəlkə də məni dəli sanacaqsan ancaq buna inanmağını istəyirəm.

Çünki bu həqiqətdir…!

(arxa fon İnterstellar - Main Theme - Hans Zimmer)

Son

Mark Levi - "Bəlkə də bu həqiqətdir" kitabına əsaslanaraq yazılmışdır.

# 1719 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #