Zelenskinin serialı "Netflix"də yayımlanacaq

Volodimir Zelenski

Volodimir Zelenski

17 mart 2022
# 10:30

Ukrayna Prezidenti Volodimir Zelenskinin baş rolunu canlandırdığı “Xalqın xidmətçisi” serialı “Netflix”də yayımlanacaq.

Kulis.az xəbər verir ki, bu barədə şirkət tviter hesabında məlumat yayıb.

Bildirilib ki, şirkət 2016-cı ildə lentə alınan komediya serialının yayım hüququnu əldə edib.

Qeyd edək ki, serialda antikorrupsiya videosu internetdə yayıldıqdan sonra gözlənilmədən Ukrayna prezidenti seçilən məktəb müəllimi Vasili Qoloborodkodan bəhs edir.

Onu da qeyd edək ki, "Netflix" martın 7-dən etibarən Rusiyada yayımı dayandırıb.

# 1551 dəfə oxunub

Müəllifin son yazıları

# # #