Zelenski Nobel mükafatı ala bilər

Ukrayna prezidenti Vladimir Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski

18 mart 2022
# 09:42

Keçmiş və indiki avropalı siyasətçilər ukraynalıların və Ukrayna prezidenti Vladimir Zelenskinin namizədliyini Nobel Sülh Mükafatına irəli sürüblər.

APA-nın MIGnews.com-a istinadən verdiyi xəbərə görə, bu barədə mükafat komitəsinin saytındakı müraciətdə deyilir.

Siyasətçilər “tarixi və görünməmiş hadisələr fonunda” Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi müddətini bu il martın 31-dək uzatmağın zəruriliyini elan ediblər.

"Bu, prezident Zelenskinin və Ukrayna xalqının Nobel Sülh Mükafatına namizədliyini təmin etmək üçün lazımdır", - təşəbbüs müəllifləri vurğulayıblar.

Müraciətin mətnində deyilir ki, dünya Ukraynadakı müharibədən şoka düşüb.

"Milyonlarla ailə qorxu içində yaşayır, onların evləri bombardmanlar və işğalçı ordu tərəfindən təhdid edilir. Biz Rusiya Federasiyası ilə müharibəyə qarşı çıxan Ukrayna xalqının cəsarətinin şahidiyik", - təşkilatçılar bildirib.

# 1969 dəfə oxunub

Müəllifin son yazıları

# # #