Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi
25 sentyabr 2026
# 15:30

Türk sənət musiqisinin görkəmli ifaçısı Zəki Mürən vəfatının 30-cu ildönümündə Bodrumda təşkil olunan konsertlə yad edilib.

Kulis.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Məhmətçik Fondu və Türkiyə Təhsil Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən anım proqramına sənətçinin pərəstişkarları böyük maraq göstərib.

Muğla Böyükşəhər Bələdiyyəsi Kent Orkestrinin müşayiəti ilə solist Süleyman Öztaş və müğənni Gökhan Sezen səhnə alaraq Zəki Mürənin sevilən əsərlərini ifa ediblər.

Zalın tam dolması səbəbindən bəzi tamaşaçılar konserti ayaqüstə izləyiblər.

Qeyd edək ki, anım gecəsində rəsmi şəxslər, fond rəhbərləri və çoxlu sayda musiqisevər iştirak edib.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər