“Zəfər” Musiqi və Teatr festivalı çərçivəsində Biləsuvarda konsert keçirilib

“Zəfər” Musiqi və Teatr festivalı çərçivəsində Biləsuvarda konsert keçirilib
1 noyabr 2023
# 21:48

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” Musiqi və Teatr festivalı keçirilir.

Kulis.az xəbər verir ki, “Zəfər” festivalı çərçivəsində Bilasuvar, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon Çərəkən kənd klubunda konsert təşkil olunub.

Konsertdə əməkdar artist Aybəniz Haşımova və onun rəhbərlik etdiyi “Sənət Akademiyası”nın gənc istedadları çıxış ediblər.

Qeyd edək ki, sözügedən tədbirdə “Sənət Akademiyası”nın təmsilçiləri Milana Nəbiyeva, Həsən Əliyev, Müzəffər Fərzəliyev, Hikmət Qasımov, Əhməd Məmmədov, Rişad Heydərov, Xədicə Rəşidli, ArzuƏliyeva, NərminNərimanlı, MiryasinƏliyev, İnciMənsimzadə, Hüseyn Mənsimov, İsmayılzadə Solmaz, Nihad Yusifzadə, Nesirli David, Nəsirli Denis, Nəsirli Daniel, Emin Nəsibli, Hüseynov Raul, Həsənzadə İbrahim, Həsənzadə İsmayıl, Əzizov İlkin, Həsən Həsimov, Hüseyn Həşimov, İsa Həşimov öz ifaları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər.

# 940 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #