Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb
20 dekabr 2025
# 10:02

Bəzi ölkələrdə yutub platformasının fəaliyyətində texniki nasazlıq müşahidə olunur.

Kulis.az xəbər verir ki, nasazlıq barədə 10 minlərlə şikayət daxil olub.

İstifadəçilərin 77%-i yutub veb-saytının, 15%-i video yayımının, 7%-i isə tətbiqin nasazlığı barədə məlumat veriblər.

ABŞ-dən 12 609, Yaponiyadan 5 255, Böyük Britaniyadan 5 030, Almaniyadan 4 070 şikayət daxil olub. Nasazlıqlar, həmçinin Fransa, Niderland, İsveç və digər ölkələri də əhatə edib.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər