“Yuğ” teatrı mövsümü yekunlaşdırdı

“Yuğ” teatrı mövsümü yekunlaşdırdı
10 iyul 2023
# 15:00

Azərbaycan Dövlət “Yuğ” Teatrında mövsümə “Mənəm, mən” tamaşası ilə yekun vurulub.

Kulis.az xəbər verir ki, tamaşa İlqar Fəhminin əsəri əsasında, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırlanıb.

Mistik – psixoloji dram janrlı səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Ziya Ağa, Əbdülqəni Əliyev, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov və Elşən Əsgərov çıxış ediblər.

# 602 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #