“Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihəyə start verildi

“Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihəyə start verildi
29 avqust 2022
# 10:00

“Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihəyə start verilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən seçilmiş 16 gənc rəssamın Ağdam rayonuna səfəri təşkil olunub.

Türkiyə, Amerika Birləşmiş Ştatları, Belarus, Kuba, İran, Qazaxıstan, Latviya, Malta, Pakistan, Slovakiya, İspaniya, İordaniya, Meksika, Qətər, eləcə də ölkəmizi təmsil edən rəssamlar Ağdam rayonunda Cümə Məscidi, Şahbulağ qalası, İmarət, Mədəniyyət evini, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Rayonun təbiəti və tarixi məkanlarından ilhamlanaraq rəssamlar öz əsərlərini yaratmağa başlayıblar.

Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə çərçivəsində Ağdamla yanaşı, Şuşa, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.

Layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

# 1061 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #