#

Yeni teatrın ilk tamaşası keçirildi

Yeni teatrın ilk tamaşası keçirildi
10 iyun 2022
# 10:40

Dünən Qanun Nəşrlər Evinin binasında fəaliyyətə başlayan M. Teatrının ilk tamaşası keçirildi.

Kulis.az xəbər verir ki, sənət adamlarının və media nümayəndələrinin iştirak etdiyi tədbiri teatrın rəhbəri, Xalq artisti Vidadi Həsənov Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu açdı. Ş.Xuduoğlu bildirdi ki, öz fəaliyyətini genişləndirən nəşriyyat bundan sonra bu zalda başqa mədəni tədbirlər də təşkil edəcəkdir. Kitab təqdimatları, oxu saatları, uşaqlar üçün nağıl axşamları, müəlliflərlə görüş və s.

Təqdimatdan sonra Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi Rövşən Ağayevin “Vidalaşmadan getməyin” monotamaşası nümayiş olundu.

Məlumat üçün qeyd edək ki, “Vidalaşmadan getməyin” tamaşasının premyerası 11-12 iyun, saat 18-də Qanun Nəşrlər Evinin (Tbilisi pr. 76) üçüncü mərtəbəsində keçiriləcək.

İştirak etmək istəyənləri biletləri iTicket.Az-dan əldə edə bilərlər.

# 1341 dəfə oxunub

Müəllifin son yazıları

# # #