Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Mədəniyyət nazirliyinin dəstəyi ilə Sabirabad rayonunda “Hophopnamə” kitab mərkəzi fəaliyyətə başlayacaq.
Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət İdarəsinin feysbuk səhifəsində paylaşım edilib.
Belə ki, bölgədə ilk dəfə yaradılacaq müasir kitab mərkəzində ölkənin müxtəlif nəşriyyatlarının stendləri yaradılacaq, onların nəşr etdiyi və sakinlərin böyük maraqla gözlədiyi yeni kitablar kitabsevərlərə təqdim ediləcək.
- Məşhur aktyorlar filmə pulsuz çəkiləcəklər
- “Mixaylo” ilə dedi-qodusu yayıldı, Amerikaya köçdü, onu ömürlük tapa bilmədilər - Uzaq sahillərdə qeyb olan “Anjelika”
- Mason olan, kirayədə yaşayan, evində Budda heykəli saxlayan türk aktyor
Müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış mədəniyyət adamları ilə oxu günləri təşkil ediləcək.
Regionda yaşayan hər kəsin faydalana biləcəyi bu kitab mərkəzində, həmçinin əhalinin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.
Bədii-estetik zövqünüzü oxşayacaq çoxfunksiyalı müasir kitab mərkəzində göstərilən mədəni xidmətlərin keyfiyyətindən məmnun qalacağınıza əminik.