Yeni "İndiana Cons"un premyerası Kannda keçiriləcək

Yeni "İndiana Cons"un premyerası Kannda keçiriləcək
3 aprel 2023
# 18:50

"İndiana Cons" seriyasının beşinci filminin premyerası Kann Film Festivalında olacaq.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

"İndiana Cons və taleyin çarxı" mayın 18-də Kannda nümayiş etdiriləcək. Filmdə Harrison Ford , Phoebe Waller-Bridge, Antonio Banderas , Con Rhys-Davies , Toby Jones , Mads Mikkelsen və başqaları çəkilib.

Süjetinin təfərrüatları demək olar ki, məlum deyil. Lakin treylerdən belə nəticəyə gəlmək olar ki, İndiana Cons epizodlardan birində keçmiş nasistlərlə qarşılaşmalı olacaq.

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #