Yeni incəsənət sərgisi açıldı

Yeni incəsənət sərgisi açıldı
22 iyun 2022
# 18:00

“NUR Art House” qalereyasında “Türk dünyasının Şuşa incisi” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Avropa Təbiət Elmləri Akademiyasının təsis etdiyi “Gottfried Wilhelm Leibniz” ordeninin təqdimat mərasimi olub.

Mərasimdə “NUR Art House” qalereyasının direktoru Röya Tağıyevaya, Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Bayramova “Gottfried Wilhelm Leibniz” ordeni təqdim edib.

Qarabağ ruhlu tədbirin ikinci hissəsi gənc rəssam, qazi, hərbi jurnalistin qız övladı Nəsibə Quliyevanın “Şuşa İli”nə həsr edilmiş “Qarabağ etüdləri” adlı ilk fərdi sərgisi ilə davam edib. Zəfərə aparan yol, Qarabağ müharibəsinin acılı-şirinli xatirələri həyatını müşayiət etmiş gənc rəssamın təəssüratları incəsənətin hakim kəsildiyi tədbirə özünəməxsus cizgilər qatıb.

Tədbirin sonunda Şuşaya həsr olunmuş rəngarəng musiqilər səsləndirilib.

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində keçirilən tədbir Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi, Vektor Beynəlxalq Elmlər Akademiyası və “NUR Art House” qalereyasının təşkilatçılığı ilə baş tutub.

# 1192 dəfə oxunub

Müəllifin son yazıları

# # #