Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi
12 sentyabr 2026
# 13:30

Kaliforniya Universitetinin alimləri Avstraliyada aşkar edilən yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə "Swiftiephylus" adlandırıblar.

Kulis.az xəbər verir ki, "Insect Systematics and Evolution" jurnalında dərc olunan məqalədə sözügedən cinsə aid 4 yeni növ təsvir edilib.

Tədqiqatçı Sara Şröder sarı və qırmızı detallı bu zərərsiz həşəratların sənətçinin sarı saç və qırmızı dodaq boyasından ibarət ikonik imicinə bənzədiyini deyib.

Bildirilib ki, əsas məqsədi populyar ad vasitəsilə biomüxtəlifliyin qorunmasına diqqət çəkməkdir.

Qeyd edək ki, 2022-ci ildə də ABŞ-də tapılan minayaqlı həşərat növünə müğənninin şərəfinə "Nannaria swiftae" adı verilmişdi.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər