Yeni elmi-texniki kitab nəşr olundu

Yeni elmi-texniki kitab nəşr olundu
13 oktyabr 2026
# 13:15

Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub.

Kulis.az xəbər verir ki, inşaat mühəndisi Elcan İbrahimovun müəllifi olduğu “Polad konstruksiyalar: Səssiz güc” kitabı “Poladın gücü elmdən doğur” prinsipi üzərində qurulub. Nəşrdə mürəkkəb mühəndislik hesablamaları sadə və anlaşılan dildə təqdim edilir.

Nəşr mühəndislər, layihəçilər, eləcə də inşaat mühəndisliyi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Kitabın ərsəyə gəlməsində əsas məqsəd Azərbaycanda polad konstruksiyalar sahəsində ana dilində texniki ədəbiyyatın məhdudluğunun aradan qaldırılmasına töhfə verməkdir.

“Səssiz güc” kitabı “Kosmo” nəşriyyatında çap olunub. Kitabın rəyçiləri Azərbaycan Respublikasının əməkdar mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Lətif Zeynalov, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Dilqəm Mahmudov və Azərbaycan Respublikası Hesablama Palatasının eksperti Nazim Qurbanovdur.

# 191 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər