“Yeni ədəbiyyatı tanıyaq" layihəsi yeni mövsümə başladı

“Yeni ədəbiyyatı tanıyaq"  layihəsi yeni mövsümə başladı
25 sentyabr 2024
# 13:09

24 Sentyabr 2024-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq" layihəsi çərçivəsində yeni mövsümün ilk ədəbi müzakirəsi keçirilib.

Kulis.az xəbər verir ki, müzakirəyə çıxarılan ilk əsər Əli Zərbəlinin "Hər şey dəyişəndə " hekayələr toplusu olub.

Müzakirədə şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu; şöbənin əməkdaşları - aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid (moderator); böyük elmi işçi Mənzər Niyarlı; doktorantlar Hənifə Səlifova, Səbirə Müzəffərli; qonaqlar yazıçı-tənqidçi Əli Novruzov, yazıçı Orxan Həsəni, yazıçı Vüqar Van, filoloq-yazıçı İlahə Səfərzadə və oxucu Qəndab Əliyeva iştirak ediblər.

# 516 dəfə oxunub

Müəllifin son yazıları

# # #