“Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib

“Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib
12 mart 2024
# 09:30

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib.

Kulis.az xəbər verir ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Əli Məmmədov (piano), Şərif Bağırov (klarnet) və Kənan Məmmədzadə (violin) çıxış ediblər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, tanınmış mədəniyyət və incəsənət xadimləri də olublar.

Konsertdə C.M.Veberin “Klarnet və orkestr üçün iki saylı konsert” (Es-dur, op.74), H.Vieniavskinin “Orijinal mövzuya variyasiyalar” (op.15) və S.Prokofyevin “Piano və orkestr üçün üç saylı konsert”i (C-dur, op.26) ifa edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə töhfə vermək məqsədi daşıyır.

# 848 dəfə oxunub

Müəllifin son yazıları

# # #