Yeni 3D animasiya serialı “Çeburaşka” gəlir

Yeni  3D animasiya serialı “Çeburaşka”  gəlir
8 sentyabr 2025
# 14:20

“Soyuzmultfilm” studiyasının hazırladığı yeni 3D animasiya serialı “Çeburaşka”nın eksklüziv nümayişinin payızda olacağı elan edilib.

Kulis.az xəbər verir ki, serialda Çeburaşka və Timsah Gena “Yaxşı əməllər bürosu”nu açaraq insanlara kömək etməyə çalışır, amma Şapoklyak adlı qəhrəman onlara qarşı çıxır.

On bölümlük serial dostluq, yumor və yaxşılıq dərsləri ilə zəngindir.

Serial kukla animasiyası stilində hazırlanıb və rus şəhərlərinin xüsusiyyətlərini əks etdirir.

Qeyd edək ki, 2026-cı ilin yanvarında isə “Çeburaşka 2” tammetrajlı filmi nümayiş olunacaq.

# 167 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər