Yazıçılar

Yazıçılar
25 noyabr 2024
# 21:00


Həmişə gənc qalmaq istəyən Viktor Hüqo

Hamımız üçün qaçılmaz sondan xilas olmağa çalışan Viktor Hüqo bədənini gümrah tutmaq üçün hər səhər buzlu su ilə duş alır, səsinin gözəl çıxması üçün çiy yumurta içirdi.

Qəhvə Xəstəsi Balzak

Balzakın tam qəhvə aludəçisi olduğunu, gündə təxminən 50 fincan içdiyi deyilir. Qəhvə içə bilməyəndə qəhvə dənələri yeyirmiş. 51 yaşında ölümünün səbəbi qəhvə aludəçiliyi olduğu da deyilir, hətta içdiyi qəhvədən mədəsində sancılar da olub.

İyrəncliyi cəlbedici hesab edən Çarlz Dikkens


Asudə vaxtını Paris meyitxanasında keçirən, bunu “iyrəncliyin cazibəsi” adlandıran Dikkensin bir çox başqa qəribə vərdişləri də var idi. Hər şeyə üç dəfə toxunmaq, cümə günlərinin ona uğur gətirdiyinə inanmaq kimi qəribəlikləri olan müəllifimiz hər gecə üzünü şimal qütbünə tərəf tutub yatardı. Müəllifin bir gün belə fərqli istiqamətə döndüyü görülməyib.

Qadın düşkünü Aleksandr Düma

Yazıçı olduğu qədər də qadın düşkünü olan müəllifin 40 sevgilisi olduğunu bilinir. Bunların çoxusu evli olduğu müddətdə yaranan münasibətlərdir. Şəxsi həyatı bu qədər məşğul olduğu halda yazılarına necə vaxt ayırması təəccüblüdür. Ölümündən əvvəl 4, öldükdən sonra isə 3 qeyri-qanuni övladı ortaya çıxıb.

Yazılarını başqalarına yazdıran Aqata Kristi

Detektiv yazıçımızın disqrafiya adlı öyrənmə pozğunluğu var idi. Buna yazılı ifadə pozğunluğu deyilir. İnsan yazmaqda çətinlik çəkir. Ümumilikdə; bd, fv, mn, bp kimi hərflər qarışdırılır.

Yuxusuz stəndapçı Mark Tven

İnsomnia (yuxusuzluq) xəstəliyindən əziyyət çəkən yazıçı bütün əsərlərini yata bilmədiyi vaxtlarda yazıb. Eyni zamanda günümüzdə stəndap şoularının sütunlarından biridir. Belə ki, onun stəndap şoularını izləyənlərin arasında I Elizabetin də olduğu bilinir.

Səs-küyü sevən Cemal Süreya

Şair səs-küyü sevirmiş, ancaq səs-küy çox olan yerdə yazı yaza bilirmiş, bu, onun uşaqlığından gələn bir vərdişi idi. Səssiz yerlərdə isə mütləq radio, televizor işləməli idi ki, o, yaza bilsin.

Xırdaçıl Truman Kapot

Mütləq uzanaraq yazan Truman yazarkən tez-tez nələrsə içərmiş. Çay, qəhvə, nanəli çay, martini… Eyni zamanda da çox siqaret çəkərmiş. Amma həm də külqabısında ikidən çox siqaret olmazdı. Çünki bu onun üçün uğursuzluq mənasına gəlirdi. Cümə günləri heç bir işə başlamır, ya da bitirmirdi. İki rahibəylə eyni təyyarəyə minmir, telefon nömrələri də daxil olmaqla harada rəqəm görsə, üst-üstə gəlir, toplayır və nəticədəki rəqəmləri birləşdirəndə hansında uğursuz rəqəm çıxırdısa, o nömrə sahibləri ilə bir daha zəngləşmirdi.


# 503 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #