Yazıçı Varisə vəzifə verildi

Yazıçı Varisə vəzifə verildi
6 aprel 2023
# 13:12

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü Varis Yolçiyev Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Kulis.az-a yazıçının özü məlumat verib.

Qeyd edək ki, Azərbaycan Ədəbiyyat Fondu ədəbiyyatımızın beynəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin kitablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına dəstək olan, ədəbiyyat festivallarının və forumlarının keçirilməsinə, yazarların maddi şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən bir qurumdur.

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərzadə olub.

# 1860 dəfə oxunub

Müəllifin son yazıları

# # #