Yazıçı Samirə Əşrəfi maşın vurdu

Yazıçı Samirə Əşrəfi maşın vurdu
15 iyun 2024
# 12:14

Yazıçı Samirə Əşrəfi avtomobil vurub.

Kulis.az xəbər verir ki, hadisə jurnalist evdən çıxıb işə gedərkən baş verib.

Hadisə zamanı o, dizlərindən və qaşından yaralanıb, hazırda Kliniki Tibbi Mərkəzdə müayinə olunur.

Bədənində müxtəlif dərəcəli əziklərin olduğunu deyən yazıçı dünənlə bu gün arasında fərqlərin olduğunu qeyd edib.

Samirə Əşrəf yaralarının ciddi olmadığını və müayinədən sonra evə buraxılacağını bildirib.

# 928 dəfə oxunub

Müəllifin son yazıları

# # #