“Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açıldı

“Yazıçı, publisist Şamo Arif - 90” adlı ənənəvi kitab sərgisi

“Yazıçı, publisist Şamo Arif - 90” adlı ənənəvi kitab sərgisi

9 iyul 2026
# 16:00

Milli Kitabxanada “Yazıçı, publisist Şamo Arif - 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə Şamo Arifin həyat və yaradıcılığı haqqında, əsərləri – romanları, povest və hekayələri, tərtibçisi və redaktoru olduğu Azərbaycan dilində ədəbiyyatlar nümayiş edilib.

Şamo Arif ədəbi fəaliyyətinə 1957-ci ildə “Azərbaycan qadını” jurnalında çap olunan “Qoşa çinar” hekayəsi ilə başlayıb, 1964-cü ildə “Göz dağı” povesti və “Anamın yuxusuna girməsi” romanını nəşr etdirib. 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub və “Qızıl qələm” mükafatına layiq görülüb. Onun sonuncu romanı “Qınamayın məni” adlanır. Bundan əlavə, Şamo Arif publisistik və elmi məqalələr dərc edib, həmçinin “Dədə Süleyman” adlı xatirələr toplusunu hazırlayıb.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər