Yazıçı Müşfiq Abbasovun oxucularla görüşü keçirildi

Yazıçı Müşfiq Abbasovun oxucularla görüşü keçirildi
22 fevral 2024
# 18:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Buzovnada yerləşən R.Axundov adına Mədəniyyət evində “Qonağımız var” layihəsi çərçivəsində detektiv yazıçı Müşfiq Abbasovun kitabsevərlərlə növbəti görüşü təşkil olunub.

Kulis.az xəbər verir ki, yazıçı tədbirdə gələcək yaradıcılıq planlarından danışıb.

O, görüşün təşkilatçılarına, eləcə də bütün tədbir iştirakçılarına təşəkkür eləyib.

Müşfiq Abbasov “Qan haqqı”, “-4”, “Şeytanın siması” kitablarının müəllifidir.

# 588 dəfə oxunub

Müəllifin son yazıları

# # #