Yazıçı Mario Levi vəfat etdi

Yazıçı Mario Levi vəfat etdi
31 yanvar 2024
# 11:30

Yazıçı Mario Levi İstanbulda vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Buart Sənət Mərkəzi məlumat yayıb:

"Duyğulu və güclü yazıçı, bənzərsiz insan, əziz müəllimimiz Mario Levini itirdiyimiz üçün çox kədərliyik. Bizə verdiyi töhfələrə görə minnətdarıq. Bütün yaxınlarına və ailəsinə başsağlığı veririk”.

1957-ci ildə İstanbulda anadan olan yəhudi əsilli yazıçı Sent Mişel Fransız Liseyini və İstanbul Universitetinin Fransız dili və filologiya fakültəsini bitirib. İlk hekayəsini 1975-ci ildə yazan Levi 1984-cü ildən etibarən "Hokka", "Şalom", "Cümhuriyyət", "Cumhuriyet Magazine", "Studio Image", "Show", "Milliyet Sanat", "Argos", "Oksijen" kimi qəzet və jurnallarda məqalələr yazıb.

Mario Levi yazıçılıqla yanaşı, fransız dili müəllimi, jurnalist, radio aparıcısı və kopirayter kimi də çalışıb. Levi həm də uzun illər yazı emalatxanalarında yaradıcı yazı texnikalarını öyrədib.

15-dən çox kitab müəllifi olan yazıçı daha çox “İstanbul bir nağıl idi”, “Ən gözəl eşq hekayəmiz”, “Bir şəhərə gedə bilməmək”, “Lunapark bağlandı” kimi əsərlərlə şöhrət qazanıb.

# 831 dəfə oxunub

Müəllifin son yazıları

# # #