#

Yaradıcı yazarlıq təlimi keçirilib

Yaradıcı yazarlıq təlimi keçirilib
14 avqust 2023
# 12:55

Avqustun 13-də “Davam” Gənclər Hərəkatının təşəbbüsü ilə yazıçı, ədəbiyyatşünas Ramil Əhmədin təqdimatında “Yaradıcı yazarlıq təlimi: Nəzəriyyə və Praktika” adlı təlim keçirilib.

Kulis.az xəbər verir ki, bu təhsil modeli XX əsrin əvvəllərində Amerikada yaranıb. Harvard, Yale, Ayova, Stanford, Kornel, Oxford və digər nüfuzlu universitetlərdə Yaradıcı Yazıçılıq fakültələri fəaliyyət göstərir.

Təlimdə yaradıcı yazıçılıq təhsilinin inkişaf dinamikası, pedaqoji əsasları haqqında məlumat verilib; "Yazıçılığı öyrənmək olarmı?" mövzusu müzakirə edilib.

Qeyd edək ki, Ramil Əhməd 2021-ci ildə Prezident Mükafatına layiq görülüb, 2023-cü ildə TÜRKSOY və Macarıstanın təşkilatçılığı ilə keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin Azərbaycan üzrə birincisi olub. Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavinidir. O, Yaradıcı Yazıçılıq təhsili mövzusunda Türkiyə və Azərbaycanda doktorluq dissertasiyası yazan yeganə müəllifdir.

# 929 dəfə oxunub

Müəllifin son yazıları

# # #