İndoneziyanın paytaxtı Cakartada baş verən yanğında İndoneziya Milli Muzeyinə ciddi ziyan dəyib.
Kulis.az "The Jakarta Globe"a istinadən xəbər verir ki, muzeyin ən azı dörd sərgi zalı tamamilə yanıb. Foye dağılıb, dam örtüyü uçub.
Yanğın zamanı xəsarət alan olmayıb.
- Kinematoqrafçılar ittifaqlarının birləşəcəyi vaxt açıqlandı
- Həyat yoldaşına görə filmdəki yataq səhnəsini dəyişdirdi, qısqanc xanımı toy şənliyində onun qolları arasında öldü – Bizim Cəbiş müəllim
- Divar
Yanğının hansı səbəbdən baş verməsi istintaqla müəyyənləşəcək.
Qeyd edək ki, muzeydə ən azı 190 min tarixi əsər, xüsusən də İndoneziyanın ən qədim Buddist heykəli - "Dipankara" heykəli saxlanılır.