XIX Bakı Caz Festivalı başa çatdı

XIX Bakı Caz Festivalı başa çatdı
28 oktyabr 2024
# 13:42

XIX Bakı Caz Festivalı amerikalı müğənni və aktrisa Şeril Pepsi Reyli və “Interplay” qrupunun çıxışı ilə başa çatıb. Festivalın yekun konserti “The Jazz Club”da (“Fairmont”) baş tutub.

Kulis.az xəbər verir ki, gecənin əvvəlində Bakı Caz Festivalının təşkilatçısı və bədii rəhbəri Rain Sultanov və ABŞ səfirliyinin nümayəndəsi Bill Murat tamaşaçılar qarşısında çıxış edib, onları salamlayıblar.

Tədbirdə diplomatik korpusun üzvləri, mədəniyyət və incəsənət xadimləri, cazsevərlər, bakılılar və paytaxtın qonaqları iştirak ediblər.

Şeril Pepsi Reily daha çox 1988-ci ildə yayımlanan “Thanks for My Child” adlı hit mahnısı ilə tanınır. Vokalistin üslubu özündə qospel, R&B və soul elementlərini birləşdirir. Amerikalı müğənni XIX Bakı Caz Festivalında iştirakla bağlı təəssüratlarını bölüşüb.

# 493 dəfə oxunub

Müəllifin son yazıları

# # #