"Xınalıq" UNESCO-nun ümumdünya irs siyahısına salına bilər

"Xınalıq" UNESCO-nun ümumdünya irs siyahısına salına bilər
8 may 2023
# 10:30

Bu ilin sentyabr ayında "Xınalıq" və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq.

Kulis.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O bildirib ki, Xınalıq mədəni landşaftı və Köç yolu adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq UNESCO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq.

"Nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb " - Azadə Hüseynova əlavə edib.

# 1206 dəfə oxunub

Müəllifin son yazıları

# # #