Kitab sərgisi

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi
1 oktyabr 2025
# 11:56

Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində bildirilib ki, hazırda sərgidə 123 yerli Azərbaycan şirkəti, eyni zamanda, 23 ölkədən 68 xarici şirkət təmsil olunur.

İştirakçı ölkələr sırasında Türkiyə və Rusiya kimi böyük kitab bazarına malik dövlətlər də var.

Sərgi çərçivəsində 250-dən artıq tədbirin keçirilməsi planlaşdırılır. Sərgidə dünya şöhrətli yazıçı və alimlərin iştirakı planlaşdırılır.

Sərgidə gənc və tanınmış yazarlarla görüşlər keçiriləcək, görkəmli yazıçıların əsərlərinə həsr olunmuş tədbirlər təşkil olunacaq. Bu ilin fəxri qonağı isə Qətər Dövlətidir.

Qeyd edək ki, sərgi oktyabrın 7-dək davam edəcək.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər