“Xəzər TV”nin adından dələduzluq

“Xəzər TV”nin adından dələduzluq
13 oktyabr 2025
# 16:55

“Xəzər TV”nin adından dələduzluq edilib.

Kulis.az xəbər verir ki, bu haqda aparıcı Aytən Səfərova məlumat yayıb.

O bildirib ki, insanlara zəng edib kanalda müsabiqə keçiriləcəyi deyilir:

“Xəzər TV”nin adından kimsə sizə zəng edəndə inanmayın. Zəng vurub deyirlər ki, müğənni müsabiqəsi başlayır və ya verilişə gəlin. Amma əlin cibində olsun. Mahnı oxumaq istəyənlərdən 100 manat istəyirlər. İnanmayın, verilişə tanınmış şəxslər dəvət olunur. Müsabiqə keçirilsə isə efirdə anons veriləcək.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər