“Xəzər” jurnalının yeni nömrəsi çap olundu

“Xəzər” jurnalının yeni nömrəsi çap olundu
9 mart 2022
# 18:20

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr olunub.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsində oxucular maraqlı mövzularla tanış ola biləcəklər.

Belə ki, jurnalın rubrikalarında Sara Nəzirlinin “Ehtiraslı gecə” hekayəsi, Rut Cabvalanın “İsti və toz” romanı”, Rollan Seysenbayevin essesi və Oljas Süleymenovun şeirləri, Anatoli Kimin “Neustroyevin qoxusu” hekayəsi, Somerset Moemin “Cənab Çoxbilmiş” hekayəsi, Edqar Allan Ponun “Məşhurluq”, Nikolay Leskovun “Xırda xəta”, “Nihilistlə səyahət” hekayələri və Marlen Ditrixin “Ürəkdən gələn sözlər”i yer alıb. Bundan başqa, oxucular jurnalın budəfəki nömrəsində V.M.Mayakovskinin məktubları, Bohumil Hrabalın “Mən ingilis kralına qulluq etmişəm” romanı, “Tövrat”, Karel Çapekin “Ağ xəstəlik” pyesi, “Həyat və kino gündəlikləri” və digər əsərlər ilə tanış ola biləcəklər

# 2229 dəfə oxunub

Müəllifin son yazıları

# # #