"Xəzər" jurnalı yeni formatda

"Xəzər"  jurnalı yeni formatda
15 may 2025
# 13:20

Bu ilin əvvəlindən “Xəzər” tərcümə, ədəbiyyat və mədəniyyət jurnalı Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi fəaliyyətini davam etdirir.

Kulis.az xəbər verir ki, elmi-nəzəri araşdırmalar, orijinaldan bədii tərcümələr, klassik və çağdaş dünya ədəbiyyatının seçmə nümunələri oxucularına təqdim edən təqdim urnalın məsləhətçisi Xalq yazıçısı Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir, redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev və Cavid Zeynallı daxildir.

Həmçinin jurnalın Türkiyə, İtaliya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən olan tanınmış naşir və yazıçılardan ibarət beynəlxalq şurası da formalaşıb.

Jurnalın birinci sayı artıq oxucuların intizarındadır. Bu sayda “Redaktordan” rubrikasında şair-tərcüməçi Etimad Başkeçid tərcümə probleçlərindən söz açıb. 2024-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Han Kanqın müsahibəsi, Nobel mühazirəsi və “İnsan əməlləri” romanından parça, böyük Azərbaycan mütəfəkkiri Şəms Təbrizinin anadan olmasının 840 illiyi münasibəti ilə “Bir qeybin anatomiyası” essesi və “Məqalat”dan pritçalar yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının təqdimatında oxuculara çatdırılır.

Bu sayda şair-tərcüməçi Mahir Qarayevin “Karakasda poeziya həftəsi” səfər qeydləri və, Venesuela şairəsi Anna Maria Palomaresin “Söyüd krallığı” kitabı haqqında düşüncələri, Saday Budaqlı, Cavanşir Yusifli, Etimad Başkeçid, Yaşar Əliyev, Həmid Piriyev, Qismət Rüstəmovun Amerika, Avropa və Asiya ədəbiyyatından tərcümələri, böyük söz ustaları Qabriel Qarsia Markes və Umberto Ekonun tərcümə sənəti ilə bağlı fikirləri, akademik Muxtar Kazımoğlu, yazıçı Fəxri Uğurlu və araşdırıcı Sadiq Zamanın ədəbiyyat və tərcümə problemləri ilə bağlı məqalələri, tanınmış tərcüməçilər Vilayət Hacıyev və Arif Acaloğlunun anımı, eləcə də tərcümə, ədəbiyyat və mədəniyyət aləmindən maraqlı xəbərlər oxuculara təqdim olunur.

Qeyd edək ki, “Xəzər” jurnalı 1989-cu ildən nəşr olunur. Bu ildən etibarən jurnalın Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin nəzdində nəşr olunması ilə bağlı qərar qəbul edilib.

# 182 dəfə oxunub

Müəllifin son yazıları

# # #