Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq

Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
15 may 2025
# 09:35

Sabah saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarusun “Nesvij” Milli Tarixi-Mədəni Qoruq Muzeyinin “Nesvij – dünya mədəni irsi” adlı sərgisi açılacaq. Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi və “Nesvij” qoruq muzeyinin birgə təşkilatçılığı, Azərbaycan və Belarus mədəniyyət nazirliklərinin dəstəyi ilə keçiriləcək.

Kulis.az xəbər verir ki, sərgidə XVI–XVIII əsrlərə aid hazırda muzeyin yerləşdiyi Nesvij qalasının interyer və eksteryerlərini əks etdirən 23 planşet təqdim olunacaq. Həmçinin sərgi çərçivəsində qalanın sərgi zallarının fotoları nümayiş etdiriləcək və videoçarx təqdim olunacaq.

Ziyarətçilər üçün “Saray ziyafətlərinin ənənələri” adlı interaktiv ünsiyyətə əsaslanan ekskursiya təşkil olunacaq. Proqrama saray tədbirlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, knyaz ovlarının təşkili xüsusiyyətləri, eləcə də intellektual əyləncə və oyunlar haqqında bölmələr daxildir.

Litva Böyük Hersoqluğunun zəngin Radzivillər ailəsinin iqamətgahı olmuş Nesvij qalası renessans gözəlliyini, barokko dinamikasını və klassik nizam-intizamı harmonik şəkildə birləşdirən nadir nümunələrdən biridir. Bu görkəmli memarlıq abidəsi YUNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və həm Belarusun, həm də ümumilikdə Avropanın canlı mədəniyyət ensiklopediyası hesab olunur. Kompleksin tərkibinə təkcə qala deyil, həm də müdafiə istehkamları və böyük park ansamblı daxildir.

Bu gün Nesvij qalası və onun ətrafında yerləşən təxminən əlli muzey zalı həm qədim, həm də müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən unikal məkan hesab olunur.

Sərgi iyunun 15-dək davam edəcək.

# 1297 dəfə oxunub

Oxşar xəbərlər

Şair Zülfi Vellidağın yeni kitabı çap olundu

Şair Zülfi Vellidağın yeni kitabı çap olundu

18:00 27 iyun 2026
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

16:00 27 iyun 2026
"Ədəbi tənqidçi amansız oxucu olmaq məcburiyyətindədir..." - Fransız filosofdan aforizmlər

"Ədəbi tənqidçi amansız oxucu olmaq məcburiyyətindədir..." - Fransız filosofdan aforizmlər

13:30 27 iyun 2026
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında

12:00 27 iyun 2026
Londondakı qalereyadan Çörçillə aid qalmaqallı videoinstalyasiya yığışdırıldı

Londondakı qalereyadan Çörçillə aid qalmaqallı videoinstalyasiya yığışdırıldı

11:30 27 iyun 2026
Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

20:30 26 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər