Xeyriyyə məqsədi ilə kitab sərgisi keçiriləcək

Xeyriyyə məqsədi ilə kitab sərgisi keçiriləcək
14 iyul 2022
# 13:52

15-16 iyul tarixlərində Landmark otelin Rotunda zalında "Adnan yaşasın!" adlı xeyriyyə kitab sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, #kitablayaşat şüarıyla təşkil olunan sərginin keçirilməsində məqsəd SMA xəstəliyindən əziyyət çəkən Adnan balaya dəstək olmaqdır.

Qeyd edək ki, bu sərginin satıcıları həm də uşaqlar olacaq.

Uşaqlar kitab sataraq Adnana öz dəstəklərini göstərəcəklər. Sərgi çərçivəsində müxtəlif panellər, tanınmış yazıçılarla görüş və imza saatları keçiriləcəkdir. Adnan zamanla yarışır. Ona dəstək olmaq üçün sayılı günlər qalıb. Hər birinizi bu sərgidə iştirak etməyə, bir kitab alaraq bir uşağın yaşamasına vasitə olmağa çağırırıq.

# 1479 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #