Xətai rayonunda İkinci Kəlağayı Festivalı keçirilib

Xətai rayonunda İkinci Kəlağayı Festivalı  keçirilib
22 sentyabr 2025
# 09:18

Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “II Kəlağayı Festivalı” keçirilib.

Kulis.az xəbər verir ki, festival çərçivəsində sərgi ilə tanışlıq, rəsmi açılış mərasimi və rəngarəng konsert proqramı təqdim olunub.

Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, müxtəlif dövlət qurumlarının nümayəndələri, incəsənət və ədəbiyyat xadimləri, aşıqlar, şairlər, media təmsilçiləri və çoxsaylı sakinlər iştirak ediblər.

Qeyd edək ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu tarixi hadisənin 10 illiyi münasibətilə 2024-cü ildə keçirilən I Kəlağayı Festivalı uğurla başlanaraq ənənəvi tədbirə çevrilib. İkinci Kəlağayı Festivalı da milli-mənəvi dəyərlərimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəni hadisə kimi yadda qalıb.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər