Sosial şəbəkələr sevgimizdə problem yaradır - MARAQLI

<b>Sosial şəbəkələr sevgimizdə problem yaradır - <span style="color:red;">MARAQLI </b>
1 may 2018
# 11:32

Türkiyənin haberturk.com saytının yazarı Ece Kayhan bu gün yayımlanan qısa yazısında olduqca maraqlı bir mövzuya toxunub: sosial şəbəkələrin sevgimizə təsiri.

E.Kayhan yazır ki, çoxumuzu öz asılılığında saxlayan sosial şəbəkələr sevgimizi məhv edir. Onu doya-doya, təbii, bütün zövqüylə yaşamağımıza imkan vermir:

“Sosial şəbəkələrin sevgi münasibətlərinə təsirini hiss edirsinizmi? Özəl həyatınızla bağlı hər şeyin bu qədər ortada olması sizdə narahatlıq yaratmırmı?”

Yazar daha sonra əlavə edir:

“Qəbul etməsək də, sosial şəbəkələrin qısqanclıq və inamsızlıq problemlərinin yaranmasında böyük rolu vardır. Artıq davamlı olaraq bir-birimizi izləməyə başlamışıq. Kimi izləyir, onu kim izləyir, dostları kimdir, kimi “layk” edir, kimlər onu layk edir, kimlər ona, o kimlərə şərh yazır və s. Münasibətdə olduğumuz adamı izləməyə rəsmən məşğuliyyətə çevirmişik, adi şeylərdən qısqanclıq edib münasibətimizi sarsıtmağa başlamışıq. Əvvəl-əvvəl çox sadə başlayan bu qısqanclıqlar zaman keçdikcə əməlli-başlı problem yaradır və sevgimizin məhv olmasına yol açır.”

# 1078 dəfə oxunub

Müəllifin son yazıları

# # #