Müəlliflər pul ödəyəcək - YENİ QƏRAR

Müəlliflər pul ödəyəcək - <span style="color:red;">YENİ QƏRAR
10 fevral 2018
# 09:05

Nazirlər Kabineti "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə" qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara illik haqqın hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməsini təmin etmək tapşırılıb.

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

# # #