Xalq artistinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb

Xalq artistinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb
11 iyul 2019
# 16:51

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

Səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, bu gün Xalq artisti, müğənni Yalçın Rzazadə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilib. /news24.az/

# 2175 dəfə oxunub

Müəllifin son yazıları

# # #