Füzulinin “Divan”ı “Dünya Yaddaşı” reyestrində

Füzulinin “Divan”ı “Dünya Yaddaşı” reyestrində
14 fevral 2018
# 16:41

Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının əlyazmasının surəti “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilib.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, bu barədə UNESCO-dan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin adına göndərilən məktubda bildirilir.

Məktubla qərarı təsdiq edən sertifikat da göndərilib.

Əlyazmalar İnstitutundan bildiriblər ki, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır.

Ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıyan bu əlamətdar hadisənin təqdimat mərasimi AMEA və UNESCO-nun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasında keçiriləcək.

# 1377 dəfə oxunub

Müəllifin son yazıları

# # #